YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir müavini: Gələn il qeyri-neft sektorunda 5,3 faiz artım gözlənilir

2016-cı ildə yaşayış minimunun həddi 136 manat nəzərdə tutulur. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

S.Həsənova bildirib ki, 2016-cı ildə inflyasiyanın səviyyəsi 3,3 faiz proqnozlaşdırılır. Onun sözlərinə görə, gələn il  qeyri-neft sektorunda 5,3 faiz artım gözlənilir.

«Həmçinin, 2016-cı ildə qeyri-neft sənayesində 9 faiz, xidmət sektorunda 4,8 faiz artım nəzərdə tutulur”, - deyə S.Həsənova vurğulayıb.