YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Novak: Rusiya “Türk axını” layihəsinə Türkiyə qədər ciddi və həssaslıqla yanaşır

Rusiya “Türk axını” qaz boru kəməri layihəsinə (Turkish Stream) Türkiyə qədər ciddi və həssaslıqla yanaşır.

Bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O, layihə ilə bağlı işlərin davam etdirildiyini və hər hansı təxirə salınmanın olmadığını bildirib. Türkiyədə noyabrın 1-də keçiriləcək seçkilərin nəticələrini gözlədiklərini deyən A.Novak qeyd edib ki, bir neçə texniki işdən sonra layihə dəqiqləşəcək.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirilir.

Xatırladaq ki, sentyabrın ortalarında Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müşavirinin müavini Səfa Sadiq Aytəkin “Türk axını” layihəsi ilə bağlı Rusiya tərəfi ilə danışıqların dayandırıldığını, “Qazprom” şirkətinin vitse-prezidenti Aleksandr Medvedev isə qaz boru kəmərinin çəkilişinin təxirə salındığını açıqlamışdılar.