YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi müzakirə olunacaq

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparmaq üçün Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşü keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, oktyabrın 9-10-da Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində keçirilməsi planlaşdırılan görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi, hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.

Görüşlərdə Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli şəxslərinin iştirakı nəzərdə tutulur.