YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Rusiyada iri layihələrdə iştirak etmək niyyətindədir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın dövlət neft-qaz şirkəti olan “Rosneft” ilə birgə müəssisə yaratmışdır.

Bu barədə jurnalistlərə açıqlama verən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev hazırda “Rosneft”in hasilata görə dünyanın ən böyük neft şirkəti olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, “Rosneft” Rusiyada və dünyanın bir çox ölkələrində nəhəng layihələr həyata keçirir. ARDNŞ da bu layihələrdə iştirak etmək niyyətindədir. “Rosneft” də öz növbəsində Azərbaycanın Abşeron ərazisində və digər bölgələrdə neft-qaz hasilatında maraqlıdır.

ARDNŞ-nin prezidenti əlavə etmişdir ki, hazırda Rusiya neftinin Bakı-Novorosiysk xətti ilə Bakıya gətirilməsi və neft emalı zavodlarında emal edilməsi, həmçinin müəyyən hissəsinin Bakı-Tbilisi -Ceyhan boru kəməri ilə nəqli istiqamətində işlər gedir və artıq bu sahədə müəyyən irəliləyişlər vardır.