YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Biz çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək

Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədə deyib.

“Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək”, - deyə dövlətimizin başçısı qeyd edib.