YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkələrinin fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclasında aktual məsələlərə baxılıb

Astanada MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXVIII iclası keçirilib. Bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.

İclasın işində MDB İcraiyyə Komitəsi sədrinin–İcraçı katibin müavini, habelə Şuranın Azərbaycandan, Belarusdan, Qırğızıstandan, Rusiya Federasiyasından, Tacikistandan, Özbəkistandan, Qazaxıstandan və Ermənistandan olan üzvləri iştirak ediblər.

MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasında sədrlik Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Valeri Petrova verilib.

İclas iştirakçıları Şuranın 2014-2015-ci illərdəki fəaliyyətinə yekun vurublar. Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Fövqəladə hallar haqqında qarşılıqlı məlumatlandırma, əməkdaşlığın müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinə baxılıb. Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində kadrların hazırlanması və öyrədilməsi məsələsinə xüsusi diqqət yetirilib.

İclas iştirakçıları 2015-2016-cı illər üçün Şuranın əsas tədbirlər planını təsdiq ediblər.

Şuranın növbəti iclasının RF ərazisində keçirilməsi qərara alınıb.

İclas fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın protokolunun və qərarının imzalanması mərasimi ilə başa çatıb.

Tədbir çərçivəsində MDB iştirakçısı olan dövlətlərin Elm və yüksək texnologiyalar sahəsində baza təşkilatının Elmi Əlaqələndirmə Şurasının da iclası keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv