YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Star” neft emalı zavodunun laboratoriya binasının təməli qoyulub

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri və nümayəndələri İzmirin Əliağa bölgəsində Petkim yarımadasında həyata keçirilən investisiya layihələrinin gedişi ilə maraqlanıblar.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, SOCAR-ın rəhbərliyinə 30 faiz tikinti işləri yekunlaşan “Star” neft emalı zavodu, oktyabrında birinci fazası yekunlaşacaq “Petlim” konteyner limanı və bu ilin ilk 6 ayında xalis gəliri 232 milyon Türk lirəsi həcmində olan “Petkim”lə əlaqədar təqdimatlar nümayiş etdirilib.

R.Abdullayev qeyd edib ki, “Petkim” neft-kimya kompleksində ilin birinci yarısı olduqca müsbət göstəricilərlə yekunlaşıb və məhsuldarlıq yüksək səviyyəyə çatıb. “Star” neft emalı zavodunda işlər qrafikə uyğun davam etdirilir ki, bu da təqdirəlayiq haldır.

SOCAR-ın prezidenti “Petlim” limanının yaxın vaxtlarda istismara başlayacağına əminliyini bildirib və deyib ki, bu layihədə zaman faktorundan səmərəli yararlanmaq bizim üçün mühüm nailiyyətdir.

Təqdimatlardan sonra R.Abdullayev və onu müşayiət edənlər “Star” neft emalı zavodunun laboratoriya binasının təməlqoyma mərasimində iştirak ediblər.

SOCAR-ın rəhbərliyi liman sahəsində tikilən 300 metr uzunluğundakı dalğaqırana və 700 metr uzunluğundakı bərəyə də baxış keçiriblər.