YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə 9 rayonda əmək yarmarkaları keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə daha 9 rayonda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əmək yarmarkalarının sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar, və Lerik rayonlarında keçirilməsi planlaşdırılır. Bu aktiv məşğulluq tədbirlərində qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Hazırda həmin boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır.

Yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Tədbirlərdə işsiz və işaxtaran vətəndaşlardan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.