YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Düşmən böyük itkilər verir, təlaş içindədir

«Ermənistan prezidenti Serj Sarkisyanının Rusiyaya səfəri çərçivəsində danışıqların əsasını iki məsələ təşkil edə bilər. Birincisi Rusiyaya Qərbin tətbiq etdiyi davamlı və getdikcə sərtləşən sanksiyalar, ikincisi isə  ölkə iqtisadiyatında yaranan ciddi problemlər». Bu fikirləri  YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov açıqlamasında deyib.

Elman Nəsirov bildirib ki, rus rublu yenidən özünün ağır günlərini yaşayır. Onun sözlərinə görə, Ermənistan iqtisadiyatı Rusiyadan total asılı vəziyyətdə olduğundan, heç şübhəsiz, bu proses ilk növbədə işğalçı dövlətin onsuz da ağır maliyyə-iqtisadi vəziyyətinə sarsıdıcı zərbə endirmiş olur.

«Qarşıdan payız-qış mövsümü gəldiyindən Ermənıstandakı böhran xaos halına keçə bilər. Bu perspektiv S.Sarkisyanın məlum səfərini şərtləndirən əsas amillər sırasındadır. İkincisi, bu səfər Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xətində özlərinin yaratdıqları təxribatlara Azərbaycan ordusunun sarsıdıcı cavab addımları ilə bağlıdır. Düşmən böyük itkilər verir, təlaş içindədir. Düşmən qorxur. Elə bunun təsdiqi kimi, qorxaqlara məxsus addımlar atır. İndi dinc əhalini hədəfə alıb. Azərbaycan tərəfi bu vəhşiliyin cavabsız qalmayacağını bəyan edib. Düşmən qorxu altında yerli əhalisinin təxliyəsini həyata keçirir. Qətiyyən şübhə etmirik ki, təxliyə edilən erməni əhalisi bir də həmin yerlərə qayıtmayacaq. Özlərinin də qeyd etdikləri kimi “bu lənətlənmiş ölkəni” birdəfəlik tərk edəcəklər. Azərbaycan silahlı qüvvələrinin yeni iri miqyaslı hərbi təlimlərə başlaması da S.Sarkisyanın yuxusuna haram qatıb»- deyə, politoloq qeyd edib.