YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abid Şərifov: Qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir

Gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir.

Bu sözləri Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov sentyabrın 8-də Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransındakı çıxışında deyib.

A.Şərifov qeyd edib ki, müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır.

“Hər bir ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün güclü təhsilə malik potensialı və savadlı kadrları olmalıdır. Dünya Gömrük Təşkilatının devizi olan “Bilik gömrüyün təkmilləşdirilməsində katalizatordur” ifadəsi həqiqətən də yerinə düşür. Bu baxımdan dövlətin iqtisadi maraqlarının mühafizəsini təmin edən gömrük orqanları daim öz potensialını gücləndirməli, elm və təhsil sahəsində innovasiyalara yiyələnməli və qabaqcıl təcrübi biliklərə malik olmalıdırlar”, - deyə Azərbaycanın Baş nazirinin müavini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv