YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koreya Respublikasının Azərbaycanda hərbi attaşeliyi təsis edilib

Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə sentyabrın 7-də iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regional təhlükəsizlik, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv