YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanda tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır

“Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amildir. Eyni zamanda demokratiyanın bir ifadəsi, göstəricisidir. Eyni zamanda, hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir. Xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir. Dünyada baş verən təlatümlərin fonunda Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Məhz, Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik və mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və indiyə qədər baş tutmuş seçkilərin də təcrübəsi göstərir ki, ölkəmizdə tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır”. Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası da hazırlıq işlərini uğurla həyata keçirməkdədir: “Bildiyiniz kimi, YAP-ın Mərkəzi Seçki Qərargahı və onun şəhər və rayon şöbələri formalaşdırılıb, partiyanın sədr müavini-icra katibi, Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyilə müşavirələr keçirilib və müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının parlament seçkilərilə əlaqədar fəaliyyət proqramına uyğun olaraq konkret işlər həyata keçirilib və bu dəfəki siyasi kampaniyanın da YAP-ın qələbəsilə başa çatması üçün bütün resurslar səfərbər edilib”.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva YAP Nizami rayon təşkilatının seçkilərə hazırlıq işlərindən də danışıb: “Avqustun 10-dan fəaliyyətə başlayan seçki qərargahı YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini sürətlə həyata keçirməkdədir. Belə ki, Nizami rayonunda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar aparılıb və müəyyənləşdirilib ki, DSK və MnSK-larda seçki prosesinin normal həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda, ümumilikdə 80 seçki məntəqəsinin böyük əksəriyyətində veb-kameralar quraşdırılıb. Həmçinin, parlament seçkilərilə əlaqədar DSK və MnSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi prosesi yekunlaşdırılıb». 

DİGƏR Xəbərlər Arxiv