YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Aparıcı siyasi partiyaların, onların müxtəlif qollarının Azərbaycanda keçirdiyi toplantılar bu tərəfdaşlığın bariz nümunəsidir

«Biz Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Qadın Təşkilatının nümayəndə heyətini Azərbaycanda salamlamaqdan çox şadıq. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, xüsusilə, aparıcı siyasi partiyaların, onların müxtəlif qollarının Azərbaycanda keçirdiyi  toplantılar bu  tərəfdaşlığın  bariz nümunəsidir. Onun sözlərinə görə, 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan VII Baş Assambleyası keçirilib.

«Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında Yeni Azərbaycan Partiyasının  ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının  Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. Müasir inteqrasiya eləcə də, davamlı inkişaf  prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması qarşıda dayanan aktual məsələlərdəndir. Bu baxımdan,     sayca III toplantıdan gözləntilərimiz böyükdür. Qeyd etmək lazımdır ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Qadın Təşkilatı qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi və sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqların əldə edilməsində xüsusi rol oynayır»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.