YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin nümayəndə heyətinin Ankarada görüşləri başa catıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyətinin Türkiyə səfərinin sonuncu günündə də bir sıra görüşləri olmuşdur.

YAP GB-nin sədri Seymur Orucov Türkiyənin TRT Haber kanalında qonaq olmuş və TBMM-in Hataydan olan millət vəkili Mehmet Alğanla müsahibə vermişdir. S. Orucov iki dövlətlər arasında olan dostluq əlaqələrindən, hər iki ölkənin gənclərinin qarşılıqlı münasibətlərindən bəhs etmiş,  eləcə də son zamanlar Türkiyədə baş verən terror hadisələrinə münasibət bildirmişdir.

YAP GB-nin nümayəndə heyəti AKP sədrinin müavini, Xarici işlərlə əlaqələr şöbəsinin rəhbəri prof. Yasin Aktayın qonağı olmuş, sonra isə TBMM-in sədri  İsmet Yıldız tərəfindən qəbul edilmişdir.

YAP GB-nin nümayəndə heyəti səfərin son günü Türk İş Birliyi və Koordinasyon Ajansının (TİKA) başqanı Serdar Çam ilə görüşdən sonra Türksoyda türkdilli dövlətlərin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə tanışlıq olmuşdur.

Daha sonra Yurtdışı Türklər və Akraba Toploluqları Başkanlığında da Başkan Kudret Bülbüllə dəyirmi masa ətrafında görüş olmuşdur.