YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP və AKP gənclərinin Ankarada görüşləri davam edir

YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərinin ilk günündə Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir.

YAP gəncləri səfər çərçivəsində 1999-cu il 17 avqust tarixində Marmarada baş verən zəlzələ nəticəsində həlak olmuş minlərlə insanın xatirəsinin anım tədbirinə qatılmışlar.

YAP Gənclər Birliyinin üzvləri  həmçinin Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının söz yazarı Mehmet Akif Ersoyun yaşayıb-yaratdığı ev muzeyini ziyarət etmiş, ev muzeyinin qarşısında Mehmet Akif Ersoyun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuşlar. Fotosərgi ilə tanışlıqdan sonra YAP Gənclərini müşayət edən Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Qollarının sədr müavini, Millət Vəkili Mahmut Sami Mallı bu cür səfərdən məmnun olduğunu bildirmişdir. YAP və AKP gəncləri dəyirmi masa ətrafında prespektiv planlar və müştərək layihələr haqqında geniş diskussiyalar aparmışlar.