YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycandakı şirkətlər Küveytdə keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

2016-cı il fevralın 21-də Küveytdə Beynəlxalq ticarət sərgisi keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən şirkətlər də sərgiyə dəvət olunurlar.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO)  bildirilib ki, Küveyt Əmirinin himayəsi ilə təşkil olunacaq sərgidə yerli, regional və beynəlxalq səviyyəli şirkət və müəssisələrin iştirakı gözlənilir.

"Küveyt ticarət dünyasının qəlbidir" şüarı ilə keçiriləcək sərginin iştirakçıları beynəlxalq brendlərin sahibləri, xarici investorlar iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən istehsalçılar və alıcılarla görüşüb işgüzar əlaqələr yaratmaq imkanı əldə edəcəklər. Sərgi fevralın 27-dək davam edəcək.