YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Səfər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının dəvəti ilə reallaşıb. Nümayəndə heyətinə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, partiyanın Xocalı şəhər GB-nin sədri Aynur Abışova, YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü Babək Məmmədzadə, YAP Gənclər Birliyi Ofisinin koordintorları Fərid Nəsibov, Ümid Abuzərli və Aytən Hüseynova daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri bir sıra görüşlər keçirəcəklər. Belə ki, YAP Gənclər Birliyinin nümayəndələrinin avqustun 17-də Türkiyə Baş nazirinin müavini Numan Kurtuluş, TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar,  xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Koordinasiya və Əməkdaşlıq Agentliyinin rəhbəri Sərdar Can və AKP Gənclər Təşkilatının sədri Abdurrahman Boynukalınla görüşləri nəzərdə tutulur.

Avqustun 18-də isə YAP gənclərinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz, Türkiyə Cümhurbaşqanlığının nümayəndəsi İbrahim Kalın, gənclər və idman naziri Akif Çağatay Kılıc, «TRT-World»un rəhbəri İbrahim Ərənlə görüşləri planlaşdırılır.

Görüşlərdə iki ölkənin gəncləri arasında əməkdaşlıq məsələləri, xüsusilə YAP və AKP gəncləri arasında əlaqələrin inkişafı haqda fikir mübadiləsi aparılacaq.

Səfər avqustun 20-də başa çatacaq.