YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi var

«Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi var». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahmqızı bildirib ki, partiyamızı yarandığı vaxtdan etibarən iştirak etidyi bütün seçkilərdə parlaq qələbələr qazanıb. Onun sözlərinəgörə, partiyağızın gücünün əsasını Ulu öndər Heydər Əliyevin ideyaları təşkil edir.

«Xalqımız Ulu öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, uğurlu siyasət seçkilərdə partiyamızın qələbələr qazanmasının əsas amilidir. İnanırıq ki, qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Artıq, partiyamız seçkilərə ciddi şəkildə hazırlaşır. YAP Nəsimi rayon təşkilatı da bu istiqamətdə verilən tövsiyə və tapşırıqları yerinə yetirməkdədir. Artıq təşkilatımızda yaradılan seçki qərargahı bu məsələ ilə bağlı səfərbər olunub»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.