YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan xalqı möhkəm ailə təməlini həmişə yüksək qiymətləndirir

«Azərbaycan xalqı möhkəm ailə təməlini həmişə yüksək qiymətləndirir. Hamı tərəfindən qəbul olunmuş dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Prezident İlham Əliyev bu sosial qrupa hərtərəfli dövlət qayğısının müstəsna əhəmiyyətini dəfələrlə vurğulayıb. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl ölkədə çox az sayda qadın təşkilatı olduğu halda, hazırda onların sayı iki yüzü keçib.

«Müasir Azərbaycan qadını ölkə həyatının iqtisadi, sosial və siyasi, hüquqi və idarəetmə sahələrində fəallıq göstərir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədə rolu çox böyükdür. Onun qadın və uşaqların, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində göstərdiyi geniş fəaliyyət, irəli sürdüyü bir çox layihələr təkcə respublikamızda deyil, həmçinin onun hüdudlarından da uzaqlarda dərin minnətdarlıq hissi ilə qarşılanır»- deyə, Komitə sədri vurğulayıb.