YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında bir sıra Sərəncam imzaladı.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu general-mayor Azad Qaçay oğlu Ələkbərova və general-mayor Fərhad Sabir oğlu Tağı-zadəyə “general-leytenant” ali hərbi rütbəsi, polkovnik Abbas Sultan oğlu Xəlilova “general-mayor” hərbi rütbəsi verildi.

Digər Sərəncama görə, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə bir qrup hərbi qulluqçu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “Hərbi xidmətlərə görə” medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş, ”Sərhədçi” jurnalında və qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Elşən Məmmədova “Əməkdar jurnalist” fəxri adı, səhiyyənin inkişafında xidmətlərinə görə Arif Qasımova “Əməkdar həkim” fəxri adı verildi.