YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeddi ayda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 4,1 milyon ton olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 4,1 milyon ton olub. Yüklərin 70 faizini neft yükləri, 30 faizini isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yeddi ayda dəniz limanlarında 5,4 milyon ton yükləmə-boşaltma əməliyyatı həyata keçirilib. İşlənmiş yüklərin 94,9 faizini beynəlxalq tranzit yüklər təşkil edib. Bu il avqustun 1-nə limanlarda göndərilmək üçün 77,2 min ton idxal yüklərin qalığı yaranıb.