YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddik ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddik ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə həmçinin, Azərbaycanda parlament seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişindən bəhs edilib.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da görüşdə iştirak edib.