YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) regiona səfərlərinin yekunları ilə bağlı birgə bəyanat yayıblar.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda həmsədrlər səfərləri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşdüklərini qeyd ediblər. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi bildirilib.

Həmsədrlər Yerevana və Bakıya səfərləri zamanı yüksək səviyyəli görüşləri qeyd etdiklərini və Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində danışıqlarda irəliləyiş üçün təklifləri hər iki ölkə prezidenti ilə müzakirə etdiklərini diqqətə çatdırıblar. Onlar prezidentlərin cari ilin sonunda görüşməyə hazır olduqlarını alqışladıqlarını qeyd ediblər. Bəyanatda dövlət başçılarının xarici işlər nazirlərinə prezidentlərin görüşü üçün həmsədrlərlə işi davam etdirmələrini tapşırdıqları vurğulanıb. Həmçinin diqqətə çatdırılıb ki, prezidentlər itkin düşmüş şəxslər barədə məlumatların Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında mübadiləsinə dair öhdəliklərinə sadiq olduqlarını bir daha bildiriblər.