YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR ilə “Vitol Group” arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan “Vitol Group”un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. SOCAR ilə “Vitol Group”un prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər.

Görüşdə SOCAR və “Vitol Group” arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.