YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Dövlət başçısı jurnalistlərin əməyinə çox yüksək qiymət verdi

«Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gözəl bir ənənə var. Bu, hər beş ildən bir Azərbaycan milli mətbuatının yubileyinin keçirilməsidir. Heç bir sahənin, strukturun yubileyi beş ildən bir keçirilmir. Amma bu gözəl ənənəni bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev yaşadır». Bu fikirləri “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B. Sadıqov bildirib ki, Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüş yaddaqalan oldu. Onun sözlərinə görə, dövlət başçısı jurnalistlərin əməyinə, Azərbaycan mətbuatının inkişafına, ölkə jurnalistikasının bugünkü durumuna çox yüksək qiymət verdi. Eyni zamanda, qarşıya da çox mühüm vəzifələr qoydu.

«Bu vəzifələrin ən əsası iki istiqamətdir. Birincisi, Azərbaycanın qazandığı uğurları dünyaya, beynəlxalq aləmə çatdırmaqdır. İkincisi, dünya erməniliyinə xidmət edən müxtəlif qurumlar, mətbuat orqanları var ki, onlar zaman-zaman fürsət gözləyirlər ki, Azərbaycanda uğurlu bir layihə, tədbir keçirilən kimi ölkəmizə qarşı şər-böhtan atırlar. Onların bu yalanlarının ifşa olunması istiqamətində müəyyən işlər görülür»- deyə, B.Sadıqov vurğulayıb.