YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taner Yıldız: BTC, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr regional və qlobal nəticələri ilə beynəlxalq arenada diqqət çəkir

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu (TANAP) qaz boru kəmərləri kimi layihələr təkcə Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr baxımından deyil, regional və qlobal nəticələri ilə də beynəlxalq arenada diqqət çəkir.

Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.