YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya mətbuatı: Azərbaycan “Cənub” qaz dəhlizi ilə Qərbi Avropanın 7 ölkəsini enerji ilə təmin edəcək

Azərbaycan genişmiqyaslı enerji layihəsi üzərində iş aparır və “Cənub” qaz dəhlizi ilə nəql olunacaq qaz Qərbi Avropanın 7 ölkəsini enerji ilə təmin edəcək. Bu barədə Almaniyanın Presseportal.de saytında dərc olunun məqalədə deyilir.

Məqalədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözügedən layihə barədə verdiyi açıqlama da öz əksini tapib. Bildirilir ki, “Şahdəniz” yatağında bu dəhlizə qoşulacaq 7 quyuda qazma işi artıq yekunlaşıb. Bu isə layihənin 30 faizi və ilkin variantda təbii qazın nəqlinə hazırlıq deməkdir. Layihəyə ümumilikdə 45 milyard avro sərmayə qoyuluşu nəzərdə tutulur ki, hazırda 10 milyard avro məbləğində sazış imzalanıb.

Qeyd edilib ki, hazırda bu istiqamətdə aparılan işlərə 23 ölkədən 162 tədarükçü qoşulub. Bütövlükdə isə 9 min 500 nəfər layihə üzrə işə cəld olunub. Eyni zamanda, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi istiqamətində Gürcüstanda da işlər aparılır.

SOCAR-ın prezidentinin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazı “Cənub” qaz dəhlizi vasitəsilə Avropa İttifaqı dövlətlərinə nəql ediləcək.

Bildirilib ki, dəhlizin uzunluğu 3500 kilometr təşkil edəcək və Azərbaycanı İtaliya, oradan 7 ölkə ilə birləşdirəcək. Növbəti 5 il ərzində terminallarda 30 mindən çox yeni iş yerləri açılacaq.

 

DİGƏR Xəbərlər Arxiv