YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanda rəsmi səfərədədir

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.