YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Ölkədə 2020-ci ilədək bütün xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir

""Elektron hökumət" və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda, kiçik və orta həcmli müəssisələr arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun, kasıblığın və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, "Elektron hökumət" xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin. Bu kateqoriyadan olan insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı var". Bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. 

Ə.Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət"in hədəflərindən biri də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir. Onun sözlərinə görə, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələrə nail olmaq mümkündür.

«Məlum olduğu kimi, informasiya cəmiyyətinin quruculuğu üzrə ikinci strategiya qəbul edilmişdir. Ölkədə 2020-ci ilədək bütün bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda "Elektron hökumət" proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi artıq 417 xidmətdən 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir»- deyə, nazir vurğulayıb.