YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Dalya Qribauskayteyə Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Litva tarixində ilk dəfə Dövlət başçısının bu ali vəzifəyə təkrar seçilməsi Sizə xalqınız tərəfindən göstərilən etimadın ifadəsidir.
Bu gün Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.”