YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Seyidzadə: I Avropa Oyunları Azərbaycanın və dünya idman tarixinin yeni bir səhifəsidir

“Bakı-2015” I Avropa Oyunları Azərbaycanın və dünya idman tarixinin yeni bir səhifəsidir. Bu fikri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının  sədri Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, bu tədbir, bayram, möhtəşəm oyunlar Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlsə də, tədricən ümummilli hadisəyə çevrildi. Onun sözlərinə görə, heç kim bu möhtəşəm tədbirə biganə qalmadı.

«İlk Avropa Oyunlarının açılış mərasimi öz ecazkarlığı seçildi. Burada olan möhtəşəm səhnələr, ifalar bir tərəfdən Azərbaycanın zəngin tarixi, mədəniyyətini əks etdirirdisə də, digər tərəfdən bu xüsusiyyətlərin onun müasirliyi ilə ahəngini əks etdirirdi. Sosial şəbəkələrdə açılış mərasiminə qədər müşahidə olunan fəallıq və bu fəallığın açılış mərasimindən sonra daha da artması bir daha göstərdi ki, açılış mərasimi möhtəşəm idi. Ölkəmizdə 17 gün ərzində keçirilən ilk Avropa Oyunlarında elə bir idman yarışı yox idi ki, ona maraq göstərilməsin və azarkeşlik olunmasın. Bu Azərbaycanda idmana qarşı yeni, müsbət bir münasibətin mövcudluğunun bariz nümunəsidir. Avropa Oyunları ölkəmiz üçün yeni bir brenddir. Artıq biz idman sahəsində idmançılarımızın uğurları ilə yanaşı, möhtəşəm təşkilatçılıq fəaliyyəti və idarəetməsi ilə də fəxr edə bilərik. 17 gün keçirilən maraqlı idman yarışlarından sonra keçirilən möhtəşəm bağlanış mərasimi dünyanın diqqətini bir daha şərq və qərbin qovuşduğu Azərbaycana cəlb etdi»- deyə, Ş.Seyidzadə qeyd edib.