YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Bakı-2015" Avropa Oyunları Akademiyasının məzunlarına sertifikatlar təqdim olunub

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) və "bp" şirkətinin təşəbbüsü ilə iyunun 30-da "JW Marriott Absheron" otelində Azərbaycan və müxtəlif Avropa ölkələri universitetlərinin bir il ərzində "Bakı-2015" Oyunları Akademiyasında BEGOC-nin xüsusi tədris proqramını keçmiş 188 məzununa sertifikatların təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Bu proqramın məqsədi müxtəlif xarakterli tədbirlərin təşkil olunması və idarə edilməsi sahəsində yerli kadrlara kömək göstərməkdən və onların peşəkarlığını artırmaqdan ibarətdir. 162 azərbaycanlı və 26 xarici tələbə seçilib. Onlar üçün idman tədbirlərinin təşkili üzrə treninqlər keçirilib.

"Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq, "bp" şirkətinin regional vitse-prezidenti Yan Saderlend və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçılar qarşısında çıxış ediblər.

Məlumat verilib ki, Azərbaycan gəncləri təşkilatçılıq məsələlərində, xüsusən idman tədbirlərinin keçirilməsi ilə bağlı məsələlərdə geniş biliklərə malikdirlər. Qeyd edilib ki, Bakıda birinci Avropa Oyunları son dərəcə yüksək səviyyədə keçirilib. Çıxış edənlər bildiriblər ki, Oyunlar Akademiyasının məzunları özlərini qabiliyyətli, əməksevər, çox istedadlı gənclər kimi göstəriblər. Əminliklə bildirilib ki, gələcəkdə digər genişmiqyaslı idman tədbirlərinin keçirilməsini onlara etibar etmək olar.

Tədbir başa çatdıqdan sonra Akademiyanın məzunlarına sertifikatlar təqdim edilib.