YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonuncu kommunist lider dünyasını dəyişib

Voyçex Yaruzelski uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Polşanın sonuncu kommunist lideri general Voyçex Yaruzelski 90 yaşında dünyasını dəyişib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Yaruzelski bir qədər əvvəl iflic keçirmişdi.

Yaruzelski 1989-cu ildə Polşanın prezidenti seçilib. O, 80-ci illərin əvvəllərində anti-kommunizm siyasəti yürüdən fəhlə partiyasına qarşı mübarizə aparıb. 1981-ci ildə fəhlə partiyasının lideri Lex Valesa da daxil olmaqla partiya rəsmiləri və tərəfdarları həbs olunmağa başladı. Daha sonra hökumətə qarşı başlayan etiraz aksiyalarında yaranmış qarşıdurmalarda 100-dən çox insan öldü.

Hökumət son dönəmlərdə Yaruzelskini törətdiyi əməllərinə görə məsuliyyətə cəlb etməyə çalışırdı.