YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qala qoruğunda III beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcəkdir

Mayın 30-dan iyunun 3-dək “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə III beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçiriləcəkdir.

Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Sərgidə iştirakçılar ən bəsit və lazımsız materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulatlar və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar.

Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland, Kuba, Kolumbiya, Yaponiya, Avstraliya və Çex Respublikasından incəsənət nümayəndələri iştirak edəcəklər.