YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir reallıqlar

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

May ayının 31-də Azərbaycan paytaxtında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspia Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev qeyd etdi ki, enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin deyil, həm də mənbələrin şaxələndirilməsi deməkdir: “Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.” Bəli, cənab İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan çox geniş enerji potensialına malikdir. Həmçinin bu gün Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Ümumiyyətlə, dünyada enerji və geosiyasi vəziyyətlə bağlı müasir reallıqlarda Azərbaycanın enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var.

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Bu gün Azərbaycan sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıraraq həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Məhz bütün bunlara görə mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa əsas töhfə kimi qiymətləndirirlər. Həmçinin müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlardır. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.

Artıq dünyada yeni çağırışlar var və bu çağırışlara cavab vermək hər bir dövlətin gücündə deyil. Çünki hər bir dövlət  yeni çağırışlarla ayaqlaşa bilmir. Amma Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir. Bütün bunlar isə hakimiyyətə gəldiyi gündən xalqının inkişafı, gələcəyi naminə əzmlə, yorulmadan çalışan cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.