YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə minifutbol turnirinin qalibləri müəyyənləşib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində minifutbol üzrə rayon turnirinin final mərhələsi keçirilib.

Turnirdə rayonun idarə, müəssisə və təşkilatlarından 12 komanda mübarizə aparıb. Birinci yerə Rayon Polis şöbəsinin komandası, ikinci yerə Elektrik Şəbəkəsinin komandası, üçüncü yerə isə Yanğından Mühafizə Hissəsinin komandası layiq görülüb.

Qalib komandalara kubok, fəxri fərman və diplomlar təqdim olunub.