YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təhsilinin inkişafında Ulu Öndərin misilsiz xidmətləri var

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun müdiri Namiq Rəcəbov ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə təhsil infrastrukturunun inkişafına yönəlmiş tədbirlərdən, milli kadrların hazırlanması məqsədilə gənclərin ölkə xaricinə göndərilməsindən, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də şagirdlərin təhsildən kənarda qalmaması üçün atılan addımlardan danışılıb. Azərbaycanda təhsilin davamlı inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən natiqlər dahi şəxsiyyətin dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşdığını və milli mənafeləri hər şeydən üstün tutduğunu qeyd ediblər.

1 saylı tam orta məktəbin direktoru Nazim Qafarov, 71 saylı tam orta məktəbin müəllimi  Ərəstun Kamalov,  22 saylı tam ora məktəbin müəllimi Nəsrin Baxşıyeva  Ulu Öndərin zəngin irsinin öyrənilməsinin və gənc nəsillərə təbliğ edilməsinin təhsil işçilərinin əsas vəzifələrindən olduğunu bildiriblər.

Sonda fəal partiya üzvlərinə diplomlar, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.