YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı Göygöl Gənclər Evi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra Göygöl Gənclər Evində şəhidlərin əziz xatirəsinə açılan otaqla tanışlıq olub.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ümummilli lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi müasir müstəqil Azərbaycanın yüksək inkişafa nail olmasından danışıb, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında ətraflı məruzə edib.

Göygöl Gənclər Evi SXM-in direktoru Şəhriyar İsmayılzadə, Qarabağ Əlillərinə İctimai Birliyinin Sədri Araz Abbasov, Göygöl Gənclər Evinin əməkdaşı Qoşun Nəsirov  çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.