YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda “Əsrə bərabər ömür” adlı intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Qoyunbinəsi kənd tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ümumrayon məktəbliləri arasında “Əsrə bərabər ömür” adlı intellektual yarış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı daim bütün dünyada qoşa səslənəcəkdir. Yarış iştirakçılarına uğurlar arzulayan yerli təşkilatın sədri vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında qeyd edib ki, Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən geniş bəhs ediblər.

Çıxışlardan sonra yarışa start verilib. Birinci yerə Yevlax şəhər 2 saylı tam orta məktəbin komandası, ikinci yerə Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin komandası, üçüncü yerə Yevlax rayon Hürüuşağı kənd tam orta məktəbin komandası layiq görülüb.  Yevlax rayon Gülövşə kənd tam orta məktəbin komandası isə 4-cü yerdə qərarlaşıb.

Qalib komandalara müxtəlif kubok, fəxri fərman və və hədiyyələr təqdim olunub.