YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının100 illik yubileyinə həsr olunmu tədbir keçirilib.

“Azərbaycan Bayrağı” ordenli şəhid Qaratel Hacımahmudova adına tam orta məktəb ərazi partiya təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Q.Hacımahmudova adına tam orta məktəb ərazi partiya  təşkilatının sədr müavini Çiçək Sanıyeva,  məktəbin direktoru  Hicran Əyyubova, ədəbiyyat müəllimi Flora Əmirova, şəhid Hüseynov İlqar Yaşar oğlunun anası Nurcahan  Ağasultanova Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında keçdiyi inkişaf yolu, əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi barədə ətraflı bəhs ediblər.

Sonda şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.