YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli yol

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları rayon Şəhidlər xiyabanını və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan söhbət açıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını qeyd edən rayon təşkilatının sədri bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını vurğulayıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, ötən 30 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Partiya veteranları Bəxtiyar Abbasov, Mayıl Alıcanov, Ağarza Bayramov, Eybalı Ağayev, Xudaverdi Lazımov, İslam Novruzov, Seyran Alcanov, Nəzakət Abdulrazaqova, İlham Vəliyev, Nəsimi Abdullayev, Soltan Osmanov öz çıxışlarında bildiriblər ki, bu gün sıralarında 800 minə yaxın insanı özündə birləşdirən partiya gücünü xalqdan alır.