YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yasamal rayon təşkilatının X konfransı keçirilib

İyunun 6-da Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının X konfransı keçirilib. 

Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən YAP bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub”: “Eyni zamanda, 26 partiya özəyini təmsil edən 560 nəfər partiya təsübkeşi ilə 20 fevral 1993-cü ildə təsis edilən YAP Yasamal rayon təşkilatı 2013-cü il may ayının 29-da özünün IX konfransını keçirib. IX konfransla X konfrans arasında keçən dövr ərzində Yasamal rayonu üzrə YAP sıralarına 2000-nə qədər üzv qəbul olunub. Bir sözlə, əgər rayon təşkilatının IX konfransı 148 ilk partiya təşkilatını təmsil edən 26000 partiya üzvü ilə keçirilmişdirsə, bu gün X konfrans 140 ilk partiya təşkilatını təmsil edən 27500-dən artıq partiya üzvü ilə keçirilir».

Məruzə ətrafında çıxış edən YAP İdarə Heyətinin üzvü, BDU-nin rektoru, millət vəkili Abel Məhhərrəmov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, BDU-nun tələbəsi Rəsul Babayev YAP Yasamal rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.  

Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkəyə tərəqqi gətirib. Konrfransın Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini deyən Siyavuş Novruzovun sözlərinə görə, əgər bu qurtuluş olmasaydı bu gün Azərbaycanda Avropa Oyunları olmayacaqdı. Məhz bu qurtuluşun nəticəsidir ki, bu gün Azərbaycanda ilk Avropa Oyunları keçirilir və dünyanın bir çox ölkələri artıq Azərbaycana üz tutub.

YAP İcra katibinin müavini bildirib ki, istər ilk Avropa Oyunlarının respublikamızda keçirilməsi, istərsə də ölkəmizin əldə etdiyi digər uğurlar Azərbaycanın qüdrətindən xəbər verir. Azərbaycanın apardığı işin nəticəsində Avropanın hər bir ölkəsindən bu oyunlarda iştirak etmək üçün üz tutublar. Bu Heydər Əliyev siyasi xəttinin çox genişşaxəli davamıdır və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən aparılan cəsarətli və müstəqil siyasətdir.”

Daha sonra təşkilati məsələlərə baxılıb. Tağı Əhmədov YAP Yasamal rayon təşkilatının sədri seçilib. Eyni zamanda İbrahim Mehdiyev, Qərib Məmmədov, Bəxtiyar Nəbiyev, İbad Abbasov, Rasim Nəbiyev və Telman İbadov sədr müavinləri, həmçinin,  89 nəfər Şura üzvü, 33 nəfər İdarə Heyətinə üzv seçilib.