YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı artmaqdadır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir və bu da Azərbaycanın dünya arenasında artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın təbii qazına tələbat Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir. Qeyd etmək lazımdır Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı durmadan artmaqdadır.

Fevralın 2-də Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat qarşılıqlı iqtisadi münasibətlərin gələcək inkişafına mühüm töhfələr verəcəkdir. Ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına. Bir sözlə, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.”

Xüsusilə qeyd etmək lazımdır ki, Rumıniya Prezidenti Klaus Yohannisin 2 fevral 2023-cü ildə geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfər etməsi Azərbaycanla Avropa dövləti olan Rumıniya arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq etmiş oldu.

Qeyd etmək lazımdır ki, Azərbaycan dünya miqyasında digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz tərəfindən böyük enerji layihələri uğurla icra olunur.

Hazırda Rumıniya-Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığı ildən-ilə genişləndirir.

Azərbaycan Avropa, və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.