YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli İçərişəhəri də səyahət edəcək

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli iyunun 12-də keçiriləcək açılış mərasimində Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Bakı şəhərində, o cümlədən İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.

Məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız qalasında saxlanılacaq. İyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, “Bakı-2015”in məşəlinin İçərişəhərdə səyahəti saat 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən qala divarları yaxınlığından başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı karvansaralarının yaxınlığından keçərək Qız qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də orta əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyun ayının 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Məşəl iyunun 11-də Qız qalasından götürülərək iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına gətiriləcək.