YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Lerik rayonu Orand kəndində hərbi polis şəhid Mirhüseynov Natiq Balamirzə oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ərazi partiya təşkilat fəalları, şəhidin ailə üzvləri Natiqin məzarını ziyarət edib, önünə gül- çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda, şəhid Əbdülov İdrət İbi oğlunun da məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Natiq Mirhüseynov 1997-ci il avqustun 25-də Lerik rayonunun Orand kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları, həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2021-ci il yanvarın 30-da isə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid gizir Natiq Mirhüseynov döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə “Azərbaycan Bayrağı” ordeninə, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.