YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyada Avropa Oyunlarının daha bir təqdimatı olub

Türingiyanın (Almaniya) Azərbaycanlı Gənclər Assosiasiyası Yena şəhərində “Azərbaycan – Odlar Yurdu” adlı təqdimat keçirib.

Assosiasiyadan bildiriblər ki, Yena Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə 100-dən çox yerli və əcnəbi tələbə, şəhər sakini iştirak edib. Təqdimatda Azərbaycanın tarixi, coğrafiyası, qədim mədəniyyəti, zəngin musiqi irsi haqqında ətraflı məlumat verilib, birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə birinci Avropa Oyunlarına hazırlıq haqqında videoçarx nümayiş etdirilib. Türingiyanın Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan, Almaniya və digər ölkələrdən olan bir qrup gənc üstündə birinci Avropa Oyunlarının loqotipi təsviri olunmuş maykalarda tədbirə qoşulublar.