YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan- Macarıstan əlaqələri sağlam təməllər üzərində qurulub

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycanın dünyanın müxtəlif qütblərində qərar tutan dövlətlərlə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur.
Bu zaman diqqəti çəkən əsas reallıqlardan biri odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin Macarıstana dövlət səfəri bunları bir daha təsdiq etdi.

Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla Macarıstan arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir.

Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır. Məlumdur ki, Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin əvvəllərindən qurulub. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Göründüyü kimi, Azərbaycan- Macarıstan əlaqələri çox möhkəm təməl üzərində qurulub. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Ölkəmizbu gün ¬ Macarıstanın əsas tərəfdaşlarından biridir. Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq konteksində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir. İmzalanmış sənədlər bir daha bunu sübut edir.

Səfər çərçivəsində Prezident İlham Əliyev yanvarın 30-da Budapeştdə mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bugünkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən işbirliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamalar hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan – Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı. Dövlət başçısı həmçinin ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropaya nəql edilməsi ilə bağlı dekabr ayında Rumıniyada imzalanmış dördtərəfli müqavilənin icrasına başlanılması ilə bağlı yaxın günlərdə Bakıda keçiriləcək növbəti toplantının anonsunu verərək bundan sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycan–Avropa əlaqələri kontekstində Azərbaycan–Macarıstan arasında dostluğun və strateji əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini belə ifadə etdi: “Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.
Prezidentin səfərində xüsusi maraq daşıyan məqamlardan biri də Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında dedikləridir. “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, xüsusilə də olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazım olduğunu. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” deyən Orban bu sözlərlə bir daha Prezident İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycanın dünya üçün necə önəmli bir ölkəyə çevrildiyini sübut etmiş oldu.

Qarşılıqlı etimada əsaslanan Azərbaycan Respublikası ilə Macarıstan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək. Ölkələrimiz arasında mövcud olan münasibətlərin inkişafı meyilləri bunu deməyə əsas verir ki, Azərbaycan-Macarıstan əlaqələri regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.

DİGƏR Xəbərlər Arxiv