YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyə xalqına başsağlığı verib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və yaralananlara şəfa diləyib.

Partiyanın rəsmi tvitter və feysbuk hesablarında paylaşılan başsağlığında qeyd edilib: “Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin təəssüf və kədər hissi ilə qarşıladıq. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk”.