YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatyının sədri

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə olmaqla dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda durmadan inkişaf edir. Macarıstanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi potensialına müsbət təsir edir.                              

Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı dostlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meylləri artan dinamika ilə inkişaf edir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycan – Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Bu baxımdan cənab Prezidentin növbəti səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Keçirilən görüş zamanı Macarıstanın Baş Naziri Viktor Orban Prezident İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün cənab İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd etdi. Dövlət başçısı Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri olduğunu vurğulamışdı. Bu onu göstərir ki, Azərbaycanın Prezidenti məhz buna görə bu gün Prezident İlham Əliyevin  güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilib. Cənab İlham Əliyev öz şəxsi keyfiyyəti ilə iqtisadiyyatı dərindən bilmək bacarığı ilə xarizmatik diplomatik fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycanın qazandığı uğurları təkcə ölkəmizin zəngin yeraltı sərvətləri ilə deyil həm də ölkə Prezidentinin hərtərəfli yüksək şəxsi keyfiyyətləri ilə də səciyyələnir.