YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmmanda Azərbaycanın və İordaniyanın Olimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanın İordaniyadakı səfirliyinin ikinci katibi Rövşən Cəfərovun İordaniya Haşimilər Krallığı Olimpiya Komitəsinin baş katibi Lana Caqbir ilə görüşündə ölkələrimiz arasında idman sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkənin Olimpiya komitələri arasında qarşılıqlı əlaqələrin perspektivləri və birgə maraq doğuran bir sıra məsələlər nəzərdən keçirilib.

İordaniya Olimpiya Komitəsinin qərargahında keçirilmiş görüşdə Lana Caqbir Olimpiya Komitəsinin və idman federasiyalarının fəaliyyətindən, habelə İordaniyanın idmanı inkişaf etdirmək siyasətindən danışıb.

Öz növbəsində azərbaycanlı diplomat MOK-un rəhbərinə idmanın inkişafı sahəsində ölkəmizin dövlət siyasəti və Azərbaycanın son illər idman sahəsində qazandığı nailiyyətlər barədə məlumat verib. O, bir neçə gündən sonra Azərbaycanda başlayacaq birinci Avropa Oyunlarına hazırlıq prosesindən ətraflı söhbət açıb. Bildirilib ki, Oyunlarda 50 ölkədən idmanın 20 növü üzrə 6000-dən çox idmançı iştirak edəcək. R.Cəfərov xüsusi vurğulayıb ki, Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə hazırdır və bütün dünya bu möhtəşəm hadisəni maraqla gözləyir.

Rövşən Cəfərov xüsusilə qeyd edib ki, Azərbaycan, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. O, ümidvar olduğunu bildirib ki, İordaniya bu yarışlarda fəal iştirak edəcək.

Lana Caqbir iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanacağına əmin olduğunu bildirib. O deyib: “Biz ümid edirik ki, bu, hər iki ölkədə idmanın inkişafı üçün faydalı olacaq”.

Görüş “Əl-Qad”, “Əl-Diyar” qəzetləri və “Petra” informasiya agentliyi tərəfindən işıqlandırılıb.

 

DİGƏR Xəbərlər Arxiv